AZ

“Yatmazdan əvvəl pendir, peçenye və makaron yeməyin” – Həkim


“Yağlı pendirlər, peçenye, şokolad və makaron kabuslara səbəb olur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə news.ru-ya müsahibəsində terapevt Timur Asanov danışıb.
Həkim bildirib ki, axşam saatlarında karbohidrat, yağ və şəkərlə zəngin qidalar yemək tövsiyə edilmir, çünki onlar yuxunun keyfiyyətini pisləşdirir və kabuslara səbəb ola bilər:
“Beləliklə, yatmazdan əvvəl pendir, tortlar, peçenye və şokolad yemək, kakao və şirin soda içmək lazım deyil. Bundan əlavə, çörək və makaron da bu siyahıya daxildir”.
Asanov əlavə edib ki, yatmazdan altı saat əvvəl çox ədviyyatlı yeməklər yeməmək lazımdır:
“Onlar bədən istiliyini dəyişir, bu da yuxuların formalaşmasına təsir göstərir. Qəlyanaltıya müqavimət göstərə bilmirsinizsə, aclığınızı yerkökü və ya bir ovuc qoz-fındıqla təmin edin. Şəkərsiz qatıq (yoqurt) da yatmazdan əvvəl qəlyanaltı üçün yaxşı seçimdir”.
Seçilən
111
Mənbələr
Şərh ()
Bağla