AZ

"Zaporojye AES qəzaya təhlükəli yaxın məsafədədir" - MAQATE

"Böyük qəza riski hətta reaktorlar söndürüldükdə belə realdır..."
 
Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bəyan edib ki, Zaporojye Atom Elektrik Stansiyası qəzaya təhlükəli yaxın məsafədədir.
 
Moderator.az xəbər verir ki, bu barədə "Le Monde" nəşri yazıb.
 
Qrossi qeyd edib ki, stansiyaya hücumlar çox təhlükəli presedent yaradır, çünki reaktorun konfaynmentinin (təhlükəli obyektlərin ekoloji cəhətdən təhlükəsiz sistemə çevrilməsi üçün kompleks) konstruksiyası zədələnib.
 
MAQATE rəhbəri həmçinin deyir ki, iri qəza riski hətta reaktorlar söndürüldükdə belə realdır.
 
"Biz əllərimizi yanımıza salıb sonuncu tərəzi daşının incə balanslı tərəzini meylləndirməsini müşahidə edə bilmərik. Biz nüvə fəlakətinə təhlükəli yaxın məsafədəyik. Biz sakit dayana və oyunçuların sabah nələrin baş verəcəyinə qərar verməsinə imkan verə bilmərik", - o, deyib.
 
Qeyd edək ki, Avropada ən böyük elektrik stansiyası Rusiyanın Ukraynaya hərbi müdaxiləsinin ilkin mərhələsində bir neçə hücuma məruz qalıb. Rusiya qüvvələri stansiyanı 2022-ci ilin mart ayından işğal edib.
 
MAQATE öz mütəxəssislər komandasının stansiya və onun sistemlərinin zədələnməsini müşahidə etmək üçün yerləşdirilməsi barədə sazişə nail olub.
 
Qrossi bəyan edib ki, son on gündə stansiya bir neçə birbaşa hücumlara məruz qalıb, ilk hücum 2022-ci ilin noyabrında baş verib. Kimin hücum etməsini o, dəqiqləşdirməyib.
 
Zaporojye AES-də partlayışlar-bəlli olanlar
 
Xəbər verildiyi kimi, aprelin 7-də MAQATE Zaporojye AES ərazisində dronun detonasiyası barədə bəyan edib. 
 
Rusiya dron zərbəsində Ukrayna qoşunlarını ittiham edib, bu zaman Baş Kəşfiyyat İdarəsi bunu Rusiyanın imitasiya hücumu adlandırıb.
 
Sonradan Qrossi bəyan edib ki, reaktorların birinin müdafiə örtüyünə üç dəfə dron düşüb.
Seçilən
73
50
Mənbələr
Şərh ()
Bağla