AZ

Türkiyə şirkəti ABŞ-da mərmi istehsalı zavodu qurur

Türkiyəyə məxsus bir şirkət Texasda 155 mm-lik top mərmilərinin əhəmiyyətli hissəsini istehsal edəcək zavod tikməyə hazırlaşır.

Musavat.com xəbər verir ki, bu barədə ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsinin yüksək rütbəli demokratı Adam Smit (Vaşinqton ştatından) dinləmələrdə bildirib.

Komitə sədrinin müavini Smit deyib: "Söhbət döyüş sursatı məsələsindən gedəndə tərəfdaşlıq münasibətləri istehsal ehtiyaclarımızı ödəmək üçün kritik rol oynayacaq. Bilirəm ki, bir türk şirkəti Texasda 155 mm-lik mərmilərin əhəmiyyətli bir hissəsini istehsal edəcək zavod tikməyə hazırlaşır".

Lakin o, konkret hansı istehsal həcmlərindən söhbət getdiyini və bu planların icrasının hansı mərhələdə olduğunu açıqlamayıb.

Qeyd edək ki, son aylarda Qərb dövlətlərinin mərmi istehsalı üçün zəruri olan barıtın istehsalında Türkiyədən asılılığının kəskin artdığına dair materiallar dünya mətbuatında tez-tez yer alır. Bildirilir ki, tezliklə Türkiyə barıt istehsalına görə dünya birincisinə çevrilmək imkanına malikdir.

Musavat.com

Seçilən
92
4
Mənbələr
Şərh ()
Bağla