AZ

Məsciddən 95 manatlıq ayaqqabı oğurlayan şəxs həbs edildi

Bakı şəhəri, Binəqədi rayonu ərazisində yerləşən Heydər Məscidindən oğurluq olub.

Qaynarinfo-nun məlumatına görə, hadisəyə görə 1979-cu il tarixdə Laçın şəhərində doğulmuş Elsəvər Cəbiyev (ad-soyad şərti) saxlanılıb.

Belə ki, Elsəvər Cəbiyev məscidə namaz qılmağa gələn şəxsin 1 cüt ayaqqabısını oğurlayaraq, zərərçəkmiş şəxsə 95 manat zərər vurub.

Aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin digər oğurluq hadisəsini də törətdiyini məlum olub. Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 1 ay müddətə inzibati həbs edilib.

Seçilən
25
38
Mənbələr
Şərh ()
Bağla