AZ

Gürcülər yenidən etiraza QALXDI 

Gürcüstanın müxtəlif siyasi partiyaları, qeyri-hökumət təşkilatları, tələbə-gənclər hərəkatları və təşəbbüs qrupları aprelin 16-da Tbilisidə, ölkə parlamentinin önündə etiraz aksiyasını yenidən bərpa edib.

 

Modern.az xəbər verir ki, parlament binasının qarşısına toplaşan minlərlə insan mərkəzi Rustaveli prospektini bağlayıb.

 

Aksiya iştirakçıları hakim "Gürcü Arzusu-Demokratik Gürcüstan" partiyasının parlamentə təqdim etdiyi "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsinə etiraz edirlər.

 

Əraziyə çoxlu sayda polis əməkdaşı cəlb edilib, təhlükəsizlik tədbirləri gücləndirilib.

 

Gürcüstanın Daxili İşlər Nazirliyi mitinq təşkilatçılarına və iştirakçılarına xəbərdarlıq edib. Etirazçılara xatırladılıb ki, inzibati binalara girişin bağlanması qanunla qadağandır. Daxili İşlər Nazirliyinin xəbərdarlığında deyilir: “Biz bir daha mitinqin təşkilatçılarını və iştirakçılarını dinc aksiya keçirməyə, qanunu pozmamağa və polis əməkdaşlarının göstərişlərinə tabe olmağa çağırırıq”.

 

Qeyd edək ki, bir müddət əvvəl etirazçılarla polis arasında əlbəyaxa dava olub. Hazırda sakitlikdir.

 

Parlamentin yaxınlığına, 9 Aprel və Çitadze küçələrinə robokoplar və su reaktiv maşınları gətirilib.

Seçilən
97
1
Mənbələr
Şərh ()
Bağla