AZ

"İsrail İran planlarını ABŞ-la bölüşməyib"

Bu gün ciddi müzakirə olunan mövzulardan biri məhz İsrailin İrana əks zərbələrin nə vaxt, nə şəraitdə endirməsidir.

Herbiand.az xarici mənbələrə istinadən xəbər verir ki, İsrail əks-zərbələrin olacağını dönə-dönə təkrar etsə də hələlik konkret addım sezilmir.

Bəzi ekspertlər hesab edir ki, İsraili cavab addımlardan məhz ABŞ yayındırır.

Bu məsləyə aydınlıq gətirən ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi ənənəvi breifinqdə bildirib ki,  İsrail İran planları ilə bağlı ABŞ-la məsləhətləşmir: “İsrail İrana qarşı cavab zərbəsi ilə bağlı planlarını ABŞ-la bölüşməyib”.

Herbiand.az

 

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla