AZ

“60 yaşlı kişinin əlinə silah verib qoyublar səngərə...”

“Ermənistanın sərhəddə törətdiyi təxribatlar İrəvanın sülhdən uzaq olduğunu, bölgədə vəziyyəti məqsədli şəkildə gərginləşdirməyə çalışdığını göstərir”.

 

Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, diqqət çəkən məqamlardan biri erməni ordusunda anarxiya və özbaşınalığın bu gün də davam etməsi, müxtəlif hərbi birləşmələrin mövcudluğudur:

 

“Ermənistan ordusu hər zaman özbaşınalığı, intizamsızlığı, çoxsaylı neqativ  olaylarla diqqət çəkib.

 

Bu gün də Ermənistanda ordu ilə yanaşı, terrorçu qruplardan heç nə ilə fərqlənməyən birləşmələr - VOMA, Yerkrapa, Sasna Tsrer mövcuddur. Bu qrupların öz rəhbərliyi mövcvddur və onlar bir çox məsələyə müdaxilə edirlər. Məsələn, Yerkapa 50-60 yaşlı kişiləri silahlandırır, onların əlinə silah verib qoyurlar səngərə. İddia edir ki, guya Ermənistan üçün təhlükə mövcuddur və bu 60 yaşlı kişi bu təhlükənin qarşısını alacaq.

 

Sərhəddə müxtəlif erməni hərbi birləşmələrinin mövcudluğu, Ermənistanın hərbi-siyasi sferasında baş verən qarşıdurmalar bölgədə toqquşma riskini artırır. İrəvan ya bütün bu təxribatlardan imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməli, ya da bunun ağır nəticələrinə hazır olmalıdır”.

 

Seymur ƏLİYEV

Seçilən
94
Mənbələr
Şərh ()
Bağla