AZ

“Lion” qələbə topunu 90+15-ci (!) dəqiqədə vurdu - TURUN İCMALI

Fransa çempionatında 29-cu tur yarımçıq oldu: cəmi 6 oyun keçirildi.

“Football-plus.az” xəbər verir ki, iş ondadı ki, PSJ, “Marsel” və “Lill”in iştirakı ilə oyunlar təxirə salınıb. B klublar avrokubokların pley-offunun həlledici mərhələsində iştirak etdiyindən yerli futbol qurumu onlara dincəlmək imkanı yaradıb. Baş tutan 6 oyuna gəlincə, “Lion” – “Brest” qarşılaşması çox parlaq mübarizəyə səhnə oldu. İlk yarıdan sonra 1:0 öndə olan “şirlər” 2-ci hissədə 7 dəqiqə aralığında üç top buraxdı – 1:3. Ardından “Lion” iki qol vurdu. 87-ci dəqiqədə meydan sahiblərindən Talyafiko, qonaqlardan Lis-Melu qovuldu, meydanda kütləvi toqquşma yaşandı. Hakim oyuna 8 dəqiqə artırsa da, dayanmalar və VAR-ın müdaxiləsi üzündən komandalar 18 dəqiqə oynadı. Nəhayət, 13-cü uzatma dəqiqəsində təyin olunan penaltini dəqiq yerinə yetirən Meytlend-Nayls “Lion”a qələbə qazandırdı. “Mets”in qonağı olan “Lans” gözlənilmədən autsayderə uduzdu. “Reyms”i qəbul edən “Strasbur” əzmkar qələbə qazandı. “Tuluza” da eyni şəkildə səfərdə “Renn”in öhdəsindən gəldi. “Havr” “Nant” ilə ev oyununda uzatma dəqiqələrində buraxdığı qola üzüldü, autsayder “Klermon” “Monpelye” ilə heç-heçə etdi.

29-cu tur
Lion – Brest 4:3
Tolisso, 18. Lakazett, 70. Talyafiko, 79. Meytlend-Nayls, 90+15-p. – Munye, 60. Del Kastilyo, 64; 67. (47958)
Mets – Lans 2:1
Mikautadze, 34; 45+2 – Sotoka, 13-p. (23002)
Strasbur – Reyms 3:1
Qameyro, 44-p. Silla, 50. Dion, 90+3 – Nakamura, 7. (25000)
Renn – Tuluza 1:2
Due, 20 – Kasseres, 22. Diarra, 32. (28055)
Havr – Nant 0:1
Bamba, 90+3. (23200)
Klermon – Monpelye 1:1
Çam, 45+4-p. – Kulibali, 56. (10174)
“Loryan” – PSJ, “Monako” – “Lill”, “Marsel” – “Nitsa” oyunları aprelin 24-də keçiriləcək.
1. PSJ 28 18 9 1 65-24 63
2. Brest 29 15 8 6 44-27 53
3. Monako 28 15 7 6 53-38 52
4. Lill 28 13 10 5 42-25 49
5. Nitsa 28 12 8 8 28-22 44
6. Lans 29 12 7 10 38-32 43
7. Lion 29 12 5 12 38-45 41
8. Reyms 29 11 7 11 36-39 40
9. Marsel 28 10 9 9 41-33 39
10. Renn 29 10 9 10 41-36 39
11. Tuluza 29 9 9 11 34-37 36
12. Strasbur 29 9 9 11 33-40 36
13. Monpelye (-1) 29 8 10 11 36-41 33
14. Nant 29 9 4 16 28-45 31
15. Havr 29 6 10 13 27-37 28
16. Loryan 28 6 8 14 35-52 26
17. Mets 29 7 5 17 30-49 26
18. Klermon 29 4 10 15 21-48 22
Bombardirlər: K.Mbappe (PSJ) – 24, Devid (Lill) - 16, Lakazett (Lion) - 15.
Növbəti turun oyunları aprelin 19-21-i aralığında keçiriləcək: Nitsa – Loryan, Nant – Renn, Lans – Klermon, Havr – Mets, Lill – Strasbur, Reyms – Monpelye, Brest – Monako, Tuluza – Marsel, PSJ – Lion.

Seçilən
99
Mənbələr
Şərh ()
Bağla