AZ

“İordaniya sionist rejimlə əməkdaşlıq edir” – İran rəsmisi

“İordaniya hökumətinin İranın cavab hücumu zamanı öz hava məkanını İsrailə açması strateji səhv idi”.

KONKRET.az xəbər verir ki, bu sözləri İran parlamentinin yüksək vəzifəli deputatı Şəhryar Heydəri deyib.

İran parlamentinin milli təhlükəsizlik komissiyasının sədr müavini Mehr telekanalına müsahibəsində İranın İsrailə qarşı cavab hücumu zamanı İordaniyanın dağıdıcı rolundan danışıb.

“Bölgədəki müsəlman ölkələrinin Fələstin və Qəzzanın məzlum xalqına dəstək verməsi gözlənilir” deyən Heydəri İordaniya xalqının Fələstini tam dəstəklədiyi halda, İordaniya hökumətinin fərqli davrandığını bildirib.

“İordaniya ən azı səssiz qala bilərdi və ya hətta İranın sionist rejimə qarşı qanuni müdafiəsini dəstəkləyə bilərdi, lakin təəccüblü və təəssüf ki, sionist rejimlə əməkdaşlıq edir”, – deyə o qeyd edib və İordaniyanın bu addımının ABŞ və İsrailin təsiri altında olduğunu bildirib.

Parlamentari onu da vurğulayıb ki, İordaniyanın İrana qarşı hərəkətləri təsirli olmasa da, hərəkətlərin özü çox önəmlidir. Heydari deyib: İordaniya sionist rejimlə əməkdaşlıq edərək strateji səhvə yol verdi.

Burhan,

KONKRET.az

Seçilən
70
Mənbələr
Şərh ()
Bağla