AZ

Dollar GÖRÜN NEÇƏYƏ OLDU: son 6 ayın...

Aprelin 16-da Moskva birjasında keçirilən hərracların yekunlarına görə, dolların məzənnəsi 94,45 rubla yüksəlib.

Publika.az xəbər verir ki, bu, oktyabrın 23-dən bəri maksimum hesab olunur. Yəni, son 6 ayın ən yüksək səviyyəsinə qalxıb.

Birjanın bağlanış saatında məzənnə 94,42 rubla düzəliş dilib. Belə ki, bir gündə dollar 90 qəpik bahalaşıb. Avro 100 rubldan yuxarı səviyyəyə qayıdıb, 100,24 rubla çatıb, lakin bir həftə əvvəl daha çox dəyər qazanmışdı.

Dollar son günlər digər valyutalara nisbətdə davamlı olaraq yüksəlir. Bu dinamikaya səbəb Federal Ehtiyat Sisteminin ( ABŞ ) faiz dərəcəsinin azaldılması sürəti ilə bağlı gözləntilərin dəyişməsi olub. İnvestorlar indi tənzimləyicinin pul siyasətini yumşaltmağa tələsməyəcəyini düşünürlər.

Seçilən
82
Mənbələr
Şərh ()
Bağla