AZ

Fransalı siyasətçi Ukraynaya yardımı dayandırmağa çağırıb

Fransa Vətənpərvərlər Partiyasının rəhbəri Florian Filippot Kiyevə maliyyə və hərbi yardımın dayandırılmasının vacibliyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə siyasətçinin “X” sosial şəbəkəsindəki şəxsi səhifəsində məlumat verilib.

Filippo xatırladıb ki, Paris bir həftədən sonra Avropa İttifaqı vasitəsilə Ukrayna və onun prezidenti Vladimir Zelenski üçün 300 milyon avroluq yeni aylıq çek verəcək. Və bu, Fransa iqtisadiyyatında son dərəcə pis vəziyyətin fonunda baş verir. Siyasətçi Kiyevə pul köçürmələrini və Ukrayna ordusunu silahla təmin etməyi dayandırmağa çağırıb.

Bundan əvvəl Fransanın Ukraynaya SEZAR özüyeriyən artilleriya sistemlərinin yeni partiyasını tədarük etdiyi bildirilirdi.

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla