AZ

Gürcüstanda qalmaqallı qanun layihəsinə səsvermə TƏXİRƏ SALINDI

Gürcüstan parlamentində xarici agentlər haqqında qanun layihəsinin birinci oxunuşda səsverməsi aprelin 17-nə təxirə salınıb.

Publika.az TASS-a istinadla xəbər verir ki, bu barədə parlamentin sədri Şalva Papuaşvili məlumat verib.

Onun sözlərinə görə, reqlamentdə görüşün saat 21:00-da başa çatması nəzərdə tutulub. Parlamentarilər qanun layihəsinin müzakirəsini başa çatdırmadıqları üçün müzakirənin aprelin 17-də davam etdirilməsi, sonra isə səsvermənin keçirilməsi qərara alınıb.

Qeyd edək ki, aprelin 16-da axşam saatlarında Gürcüstan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Tbilisidə parlament binası yaxınlığında xarici agentlər haqqında qanun layihəsinə qarşı keçirilən mitinqdə müdaxilə edib, toqquşma baş verib.

Aprelin 16-na keçən gecə Tbilisidə xarici agentlər haqqında qanun layihəsinin qəbuluna qarşı genişmiqyaslı etiraz aksiyası keçirilib. Etirazçılar polis kordonunu yarmağa çalışıblar. 14 etirazçı saxlanılıb, bir polis əməkdaşı yaralanıb.

Seçilən
138
17
Mənbələr
Şərh ()
Bağla