AZ

Putin prezidentlik şəhadətnaməsini alıb

Ötən ay Rusiyada keçirilən prezident seçkilərində 87,28 faiz səslə qalib gələn Vladimir Putin seçki şəhadətnaməsini Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilovadan alıb.

BiG.AZ xəbər verir ki, Kreml Sarayından verilən açıqlamaya görə, Putin Pamfilova ilə ofisində görüşüb. Pamfilova Rusiya Federasiyasının prezidenti seçkilərində qalib gələn Putinə seçki şəhadətnaməsini təqdim edib.

Putin çıxışında həm Mərkəzi Seçki Komissiyasında, həm də yerli işçilərə təşəkkür edib.

Rusiya Federasiyasında prezident seçkiləri martın 15-17-də keçirilib və iştirak 77,49 faiz olub. Namizəd olan hazırkı prezident Putin 87,28 faiz səslə qalib gəlib.

Yenidən seçilən Putin daha 6 il vəzifəsində qalacaq. May ayında hazırkı səlahiyyət müddəti başa çatdıqdan sonra and içəcək Putin 5-ci dəfə Rusiya prezidenti vəzifəsinin icrasına başlayacaq.


BiG.Az
Seçilən
77
Mənbələr
Şərh ()
Bağla