AZ

Dilarə Brilliant Dadaşovanın 30 illik mahnısını İFA ETDİ - VİDEO

Müğənni Dilarə Kazımova Xalq artisti Brilliant Dadaşovanın mahnısı ifa edib.

Bizim.Media xəbər verir ki, bu addımı Dilarə “Araz” radiosunun 13 yaşı ilə bağlı yeni formatda təqdim olunan “Yeni avaz” layihəsi üçün atıb.

Dadaşovanın 30 il əvvəl oxuduğu və "vizit kartı" sayılan "Züleyxa" hitini  Dilarə özüməxsus şəkildə oxuyub. D. Kazımovanın ifasında olan bu nəğmənin "videocover"i "Xəzər" televiziyasının sosial şəbəkə hesabında paylaşılıb.
Dilarənin Brilliantın repertuarında yer alan bu mahnını ifa etməsi izləyicilər tərəfindən maraq və bəyənmə ilə qarşılanıb.
 


Rəşad Əliyev, Bizim.Media

Seçilən
104
16
Mənbələr
Şərh ()
Bağla