AZ

"Nədən İordaniyanın hava hücumundan müdafiə qüvvələri İran raketlərini vurub?.."

"Biz bu dronların haradan uçub gəlməsindən asılı olmayaraq onları vuracağıq, çünki bu, İordaniya üçün təhlükə törədir..."
 
İordaniyanın hava hücumundan müdafiə qüvvələri Krallığın hava məkanına düşən istənilən mərmiləri vurub və vurmaqda davam edəcək.
 
Moderator.az xəbər verir ki, bu barədə İordaniya xarici işər naziri Ayman Hüseyn Abdulla əs-Səfadi CNN telekanalına müsahibəsində bəyan edib.
 
O, xatırladıb ki, İordaniyanın hava hücumundan müdafiə qüvvələri ölkənin hava məkanına İranın gecə hücumu zamanı bəzi dronlar və raketləri ələ keçirib.
 
"Bizim etdiklərimiz çoxdankı siyasətimizə uyğundur. Bizim hava məkanımıza daxil olan istənilən mərmini, pilotsuz uçuş aparatlarını biz həmişə məhv etmişik. Biz bunu etməkdə davam edəcəyik, çünki bu, İordaniya üçün təhlükə törədir", - Əs-Səfadi deyib.
 
"Biz coğrafi olaraq atəş zonasındayıq, İordaniya ərazisinə düşə biləcək istənilən raket və ya mərmi ona zərər yetirəcək. Ona görə də biz etməli olacağımızı etmişik. İcazə verin son dərəcə aydın şəkildə bildirim: biz bu dronların haradan-İsraildən, İrandan, hər-hansı başqa yerdən uçub gəlməsindən aslılı olmayaraq bunu edəcəyik", - iordaniyalı diplomat vurğulayıb.
 
O, həmçinin bəyan edib ki, İsrail baş naziri Binyamin Netanyahu "İranla qarşıdurmadan istifadə edərək diqqəti Qəzzadakı müharibədən yayındırmaq istəyir".
 
"İsrail baş naziri həmişə İranla hansısa qarşıdurmaya təhrik  etmək istəyir. Hazırda
Qəzzada təcavüzü dayandırmaq tələbi ilə İsrailə beynəlxalq təzyiqin davam etdiyı zaman İranla mübarizəyə istinad etmək bu təzyiqi zəiflədə və diqqəti Qəzzadan yayındıra bilər", - Əs-Səfadi deyib.
 
O, qeyd edib ki, "gerçək problem Qəzzada və İordan çayının Qərb sahilindədir (İudeya və Samariyada) və "dünya ictimaiyyəti məhz bu problemə diqqət göstərməlidir".
 
"Çünki biz bu problemi həll etməsək, regional eskalasiya şansları qalacaqdır", - iordaniyalı diplomat əlavə edib.
Seçilən
69
Mənbələr
Şərh ()
Bağla