AZ

Aleksandr Vuçiç Prezident İlham Əliyevə zəng edib

Bakı. Trend:

Aprelin 16-da Serbiya Respublikasının Prezidenti Aleksandr VuçiçAzərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib vəson dövrlərdə Serbiyanın məruz qaldığı təzyiqlər haqqında məlumatverərək dost Azərbaycan xalqının dəstəyini xahiş edib.

Trend xəbər verir ki,Prezident İlham Əliyev Azərbaycan və Serbiyanın qarşılıqlı surətdəhəmişə bir-birilərinin ərazi bütövlüyünü və suverenliyinidəstəklədiklərini bildirərək bundan sonra da bu mövqenin davametdiriləcəyini vurğulayıb. Bu xüsusda, iki ölkənin beynəlxalqtəşkilatlar çərçivəsində uğurlu əməkdaşlığı qeyd olunub.

Dövlətimizin başçısı Serbiya Prezidentini BMT-nin İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər KonfransınınBakıda keçiriləcək 29-cu sessiyasına dəvət edib.

Prezident Aleksandr Vuçiç dəvəti məmnuniyyətlə qəbul edib.

Söhbət zamanı Azərbaycan və Serbiya arasında əlaqələrin stratejitərəfdaşlıq xarakteri daşımasından məmnunluq ifadə olunub vəölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəliqarşılıqlı səfərlərin əhəmiyyəti bildirilib.

Seçilən
49
49
Mənbələr
Şərh ()
Bağla