AZ

“Forbes” dünyanın ən varlı 10 varisini açıqlayıb

“Forbes” jurnalı dünyanın ən varlı 10 varisininin adını açıqlayıb.


66 yaşlı hindistanlı iş adamı Mukeş Ambani “Forbes” tərəfindən dünyanın ən varlı varisi seçilib.
Onun imperiyası neft-kimya, neft-qaz, telekommunikasiya və pərakəndə satış sahələrini əhatə edir və sərvəti 116 milyard dollar qiymətləndirilir.
Mukeş və qardaşı Anil 2002-ci ildə ataları Dxirubxay Ambanidən Hindistanın ən böyük sərvətini miras alıblar. Ancaq daha sonra Anil şirkətləri müflis olduğu üçün dünyanın ən varlı varisləri reytinqindən çıxıb.
Siyahıda ikinci yerdə 99,5 milyard dollarlıq kapitalla 70 yaşlı fransız qadın Fransuaza Betankur-Mayers qərarlaşıb. Dünyanın ən varlı varisləri üçlüyünü isə Cim Uolton tamamlayıb. 75 yaşlı amerikalı “Walmart”da 12% paya sahibdir və “Arvest” ailə bankına rəhbərlik edir. Onun sərvəti 78,4 milyard dollar qiymətləndirilir.
Bundan başqa, ilk 5-liyə Uoltonun qohumları – qardaşı Rob (77,4 milyard dollar) və bacısı Elis (72,3 milyard dollar) daxil olub.
Ən varlı varislər onluğunda həmçinin “Thomson Corporation”ın rəhbəri Devid Tomson (66 milyard dollar), “Koch Industries” səhmlərinin 42%-nin sahibi Culiya Kox (64,3 milyard dollar), “Ferrero Group” səhmlərinin 75%-nin sahibi Covanni Ferrero (43,8 milyard dollar), “Red Bull” səhmlərinin 49%-nin sahibi Mark Mateşiç (39,6 milyard dollar) və “Mars” şirkətinin varisi Jaklin Mars (38,5 milyard dollar) qərarlaşıb.

Seçilən
44
10
Mənbələr
Şərh ()
Bağla