AZ

Xəzərin suyunun duzsuzlaşdırılması Azərbaycanın su probleminə son qoya bilərmi?

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimindəki çıxışında Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi barədə danışıb. Dövlət başçısı bildirib ki, Xəzərin suyundan həm suvarma, həm də içmək üçün istifadə ediləcək.

 

Maraqlıdır, Xəzərin suyunun duzsuzlaşdırılması ölkəmizin su probleminə son qoya bilərmi?

 

Moderator.az-a açıqlama verən iqtisadçı alim, millət vəkili Vüqar Bayramov bu layihənin böyük inkişafa səbəb olacağını bildirib:

 

“Xəzərin suyunun duzsuzlaşdırılması, xüsusilədə melorasiya məqsədi ilə istifadə olunması çox vacib layihələrdən biridir. Artıq bir sıra ölkələrdə, o cümlədən İsraildə duzlu suyun duzsuzlaşdırılması prosesi həyata keçirilir. Hətta ondan içməli su kimi də istifadə olunur. Nəzərə alsaq ki, Azərbaycfanın su mənbələrindən təxminən 70 faizi kənarda formalaşır, bu baxımdan Xəzərin suyunun duzsuzlaşdırılması, ondan melorasiya və növbəti mərhələdə içməli su kimi istifadə olunması Azərbaycan üçün su təminatı probleminin aradan qalxmasına gətirib çıxara bilər.

 

Bu, çox ciddi bri layihədir. Bu, bir tərəfdən kənd təsərrüfatının inkişafı üçün vacib bir addımdır. Digər tərəfdən, içməli suya olan tələbatın ödənilməsi baxımından əhəmiyyətlidir. Bu, aqrar sektorun inkişafına yeni imkanlar yaradacaq. Xəzərin suyundan içmək üçün iustifadə edilməsi şirin su ixracına da şərait yarada bilər”.

 

Seymur ƏLİYEV

Seçilən
78
Mənbələr
Şərh ()
Bağla