AZ

İsraildən əməliyyat: Hizbullah komandiri öldürüldü

İsrail Hərbi Hava Qüvvələrinin Livanda keçirdiyi əməliyyat nəticəsində Hizbullah hərəkatının "sahil sektoru" komandiri öldürüb.

Axar.az xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələrinə məxsus təyyarənin Livanın Ayn-Ebel bölgəsinə endirdiyi zərbə nəticəsində Hizbullahın sahil sektorunun komandiri İsmayıl Yusaf Baz öldürüb”, - məlumatda deyilir.

Bildirilib ki, o, Livanın sahil zonasından İsrailə doğru raket buraxılışlarının təşkilində iştirak edib.

Qeyd edək ki, bundan öncə İsrail PUA-sının Hizbulla döyüşçülərini olduğu maşına zərbə endirdiyi barədə məlumat yayılmışdı.

Seçilən
74
7
Mənbələr
Şərh ()
Bağla