AZ

Liz Trass Trampə "DƏRİN DÖVLƏT"lə HƏDƏLƏDİ

Böyük Britaniyanın keçmiş baş naziri Liz Trass ABŞ prezidentliyinə namizəd Donald Trampa “dərin dövlət”lə bağlı xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, bu barədə o, "The Wall Street Journal"dakı köşə yazısında qeyd edib.

"Britaniya bürokratik dövləti mənim təklif etdiyim islahatları alt-üst etdi və onun amerikalı həmkarı Tramp noyabrda qalib gəlsə, onun diqqət mərkəzində olacaq. "Dərin Dövlət" onu ilk dövründə etdiyindən daha çox sarsıtmağa çalışacaq", - Böyük Britaniyanın keçmiş baş naziri bildirib.

Trass deyib ki, mühafizəkar siyasətçilər başa düşməlidirlər ki, seçkidə qalib gəlmək kifayət deyil:

"Qalibin özünü qorumağa meylli olan "dərin dövləti" dağıtmaq üçün ardıcıl plana ehtiyacı var".

Trass 20 oktyabr 2022-ci ildə baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb. Onun səlahiyyət müddəti Britaniya tarixində ən qısa müddət idi - 49 gün.

Seçilən
47
2
Mənbələr
Şərh ()
Bağla