AZ

Ukrayna prezidenti səfərbərlik haqqında qanunu imzalayıb

Bakı. Trend:

Ukrayna prezidenti Volodimir Zelenski səfərbərlik haqqındaqanunu imzalayıb.

Trend xəbərverir ki, bu barədə Ukrayna Ali Radasının saytında məlumat dərcolunub.

Yeni qanun layihəsi Ukraynada səfərbərlik şərtləri, hərbiqeydiyyat və hərbi xidmətlə bağlı şərtlərə dəyişikliyi nəzərdətutur.

Qanun layihəsi aprelin 16-da Ukrayna parlamentinin sədritərəfindən də imzalanıb. Zelenskinin imzasından sonra qanunlayihəsinin Ukrayna parlamentinin rəsmi nəşri olan "Qolos Ukrayna"tərəfindən dərc olunacağı gözlənilir. Qanun dərc olunduqdan 1 aysonra qüvvəyə minəcək.

Yeni qanuna əsasən, Ukraynada hərbi çağırış yaşı 27 yaşdan 25yaşa endiriləcək və "məhdud yararlı" statusu ləğv olunacaq.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Məqalədə:
Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla