AZ

Şolz Rusiyaya təsir etmək istəyi ilə Si Cinpinə müraciət edib

Almaniya kansleri Olaf Şolz Çin prezidenti Si Cinpindən Ukraynadakı münaqişəyə son qoymaq üçün Rusiya tərəfinə təsir göstərməyi xahiş edib.

SİA-nın əldə etdiyi məlumata görə,kanslerin X sosial şəbəkəsindəki səhifəsində yazdığı kimi, müvafiq xahişi Çinə səfəri zamanı səsləndirib.

...Çinin sözü Rusiyada ağırlıq daşıyır. Buna görə də mən prezident Sidən Rusiyaya təsir göstərməsini xahiş etdim.

Bunu Şolz yazıb.

Bundan əvvəl Almaniyanın xarici işlər naziri Annalena Baerbok Amerikanın “Fox News” telekanalına müsahibəsində Çin prezidenti Si Cinpini diktator adlandırmışdı.

Nazlı

Seçilən
55
Mənbələr
Şərh ()
Bağla