AZ

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Bakı, 16 aprel, AZƏRTAC

Aprelin 16-da AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Özbəkistan Respublikası Əndican Dövlət Universitetinin professoru Salimaxon Mirzoyeva və həmin universitetin Rus dili və ədəbiyyatı kafedrasının müdiri Qayratbek Xolbotayevlə görüş keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini Ruhəngiz Cümşüdlü Özbəkistan və Azərbaycan arasında elmi əlaqələrin inkişafından danışıb. O, bu sahədə Şərqşünaslıq İnstitutunun əməkdaşlarının xidmətlərini xüsusi qeyd edib.

Salimaxon Mirzoyeva və Qayratbek Xolbotayev öz elmi tədqiqatları və Əndican Dövlət Universitetində aparılan tədris prosesi barədə məlumat veriblər və təmsil etdikləri ali təhsil müəssisəsi ilə Şərqşünaslıq İnstitutu arasında elmi əlaqələrin, təcrübə mübadiləsinin qurulmasına dair istəklərini ifadə ediblər. Özbəkistanlı alimlər bir gün öncə AMEA-da qatıldıqları “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli müştərək müsəlman mədəniyyətinin yetirməsi kimi” mövzusunda beynəlxalq elmi konfransda iştırakdan məmnunluqlarını bildiriblər.

Şərqşünaslıq İnstitutunun Mərkəzi Asiya ölkələri şöbəsinin müdiri Lalə Əhmədova və Asiya-Sakit okean regionu ölkələri şöbəsinin böyük elmi işçisi Sevinc Nuriyeva öz tədqiqatları və şöbələrində aparılan araşdırmalar barədə məlumat veriblər.

Seçilən
81
Mənbələr
Şərh ()
Bağla