AZ

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Buraxılış

Bakı, 16 aprel, AZƏRTAC

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə martın 10-da keçirilmiş buraxılış imtahanında 300 bal toplayan şagirdlərdən biri də “Ankara məktəbi” məktəb-liseyinin XI sinif şagirdi Məhəmməd Əliyevdir.

Təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşən Məhəmməd Əliyev deyib: “İmtahana hazırlaşan zaman tapşırıqları tam məsuliyyətlə yerinə yetirirdim. Valideynlərim həm maddi, həm mənəvi cəhətdən mənə çox dəstək oldular. Müəllimlər mənim hər sualımı ətraflı izah edərək zəif olduğum mövzularda çox kömək ediblər. Bu nəticəni əldə etməyimdə müəllim və valideynlərimin rolu əvəzolunmazdır. Yüksək nəticə göstərəcəyimi gözləyirdim, amma maksimum nəticə gözlənilməz və xoş oldu. Hədəfimdəki ali məktəb UNEC-dir və I qrup üzrə informasiya təhlükəsizliyi ixtisasına hazırlaşıram”.

Qəbul imtahanına da yüksək səviyyədə hazırlaşdığını bildirən Məhəmməd Əliyev bu imtahanda da maksimum nəticə toplayacağına ümid etdiyini söyləyib.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla