AZ

Şəxsi bank kart məlumatları ələ keçirilir - DİN xəbərdarlıq edib

Bakı. Trend:

Sumqayıt şəhərində polis əməkdaşları tərəfindən ictimai iaşəobyektlərinin və bankomatların ətrafında vətəndaşları, xüsusəntəqaüd yaşına çatmış insanların kibermaarifləndirilməsi məqsədi iləməlumatverici lövhələr quraşdırılıb.

Trend xəbər verir ki, bubarədə DİN-dən bildirilib.

Məlumata görə, bu lövhələrdə kiberdələduzluqla məşğul olancinayətkar şəxslərin ən çox istifadə etdiyi üsullar barədə ətraflıməlumat yerləşdirilib.

Qeyd edilib ki, son dövrlər bəzi şəxslər tərəfindən vətəndaşlaraxüsusilə saxta xarici nömrələrdən zənglər edilməklə onların şəxsibank kart məlumatlarının əldə edilməsi hallarına rastgəlinməkdədir.

Daxili İşlər Nazirliyi bu hallara qarşı vətəndaşları diqqətliolmağa çağırır və qeyd edilən kibercinayətkarlıq halları iləüzləşdikləri təqdirdə polisə məlumat vermələrini tövsiyyə edir.

Seçilən
96
39
Mənbələr
Şərh ()
Bağla