AZ

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Türkiyədə

Ankara, 16 aprel, AZƏRTAC

Türkiyədə bərpa olunan enerji mənbələri hesabına istehsal olunan

elektrik enerjisinin (yaşıl enerji) ümumi istehsaldakı payı 2035-ci ildə 55 faizə çatacaq.

AZƏRTAC xəbər verir ki, bu proqnoz Türkiyənin energetika və təbii

sərvətlər naziri Alparslan Bayraktarın aprelin 16-da sosial şəbəkələrdə

paylaşdığı məlumatda əksini tapıb.

Nazir bildirib ki, növbəti 12 il ərzində Türkiyədə günəşdən əldə olunan enerjinin həcmi hər il 3,5 QVt artacaq, külək enerjisinin miqdarı da illik 1,5 QVt yüksələcək.

Qeyd edək ki, Türkiyədə 2023-cü ildə istehsal olunun elektrik

enerjisinin 36,6 faizi kömür, 21,4 faizi təbii qaz, 19,6 faizi su,

10,4 faizi külək, 5,7 faizi günəş, 3,4 faizi geotermal mənbələr,

4 faizi isə digər mənbələrin payına düşüb.

Ramin Abdullayev

AZERTAC -ın xüsusi müxbiri

Ankara 

 

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla