AZ

"Bu məsələyə Azərbaycanın tərəfdaşları, dostları da dəstək verir" - SORĞU

Azərbaycan Respublikası öz torpaqlarını azad etməklə tarixi inkişafının irimiqyaslı bərpa-quruculuq layihələri ilə səciyyələnən, dayanıqlı sülhə, tərəqqiyə əsaslanan və bir çox ölkələr üçün nümunə olan yeni mərhələsinə qədəm qoymuşdur. Vətən müharibəsindən ötən müddət ərzində işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatdan təmizlənməsi, müasir yaşayış, istehsal və xidmət infrastrukturunun qurulması, iqtisadi fəaliyyətin, o cümlədən nəqliyyat-kommunikasiya xətlərinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması istiqamətində mühüm işlər görülmüşdür. Biz, həmçinin keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı prosesinə başlamışıq. "Böyük Qayıdış" adlanan proqram artıq başlayıb.

SİA mövzu ilə bağlı deputat Cavid Osmanovla, politoloq Elxan Şahinoğlunun fikirlərini öyrənib.

Deputat Cavid Osmanov: "44 günlük Vətən müharibəsində müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixi qələbə qazandı. Öz tarixinin ən parlaq qələbəsini qazanaraq 30 illik işğala son qoydu. Beləliklə, Azərbaycan dərhal öz gücü ilə necə ki Vətən müharibəsində təkbaşına qalibiyyəti əldə etdi, işğaldan azad olunmuş ərazilərdə də heç bir yerdən yardım almadan yalnız öz gücü ilə böyük yenidənqurma və bərpa işləri aparmağa başladı. İlk növbədə təhlükəsizlik məsələlərinin həll olunması istiqamətində mühüm addımlar atıldı. Bizim həm hərbi birləşmələrimiz, hüquq mühafizə orqanlarının işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlaması, Ermənistanın bu gün də davam edən mina terroruna qarşı təhlükəsizlik məsələlərinin aparılması, digər tərəfdən də yenidənqurma və bərpa işləri aparıldı. Böyük yenidənqurma və bərpa işləri ilk növbədə müxtəlif infrastruktur layihələri həyata keçirməklə başladı. Müxtəlif yolların çəkilməsi, dəmir yol xətlərinin, avtomobil yollarının çəkilməsi, enerji infrastrukturunun tamamilə yenidən qurulması, beynəlxalq hava limanlarının tikintisi həyata keçirilir. Bunlarla yanaşı Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış 2022-2026-cı illəri əhatə edən Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində "Böyük Qayıdış"a aid dövlət proqramı imzalandı. Bu proqrama uyğun olaraq işlərin sürətlə həyata keçirilməsi baş verir. İnfrastruktur layihələri ilə yanaşı insanların ata-baba yurdlarına qayıtması ən vacib məsələdir. Burada həm yeni mənzillərin tikintisi, məktəb, səhiyyə ocaqlarının tikintisi, "Ağıllı kənd"lərin salınması, bütün paytaxtda olan xidmətlərin işğaldan azad olunmuş ərazilərdə fəaliyyətə başlaması, məşğulluq məsələsi kompleks şəkildə həyata keçirilir. Bu sahədə aparılan işlər Azərbaycan Prezidenti Cənab İlham Əliyevin də qeyd etdiyi kimi dünyada tayı-bərabəri yoxdur. Həm insanların rahatlığı, yeni evlərlə təmin olunması, ən müasir xidmətlərin insanların xidmətində olması bütün bunlar Azərbaycanın gücü, qüdrətinin göstəricisidir. Azərbaycan nə qədər müasir ölkə olduğunu bir daha bütün dünyaya təqdim edir. Görülən işlər ilk növbədə Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərdə dəfələrlə səfərlər etməsi, görülən işlərə birbaşa özü nəzarət etməsi onu göstərir ki, Azərbaycan Prezidentinin yeritdiyi siyasətin mərkəzində insan amili dayanır. Buraya köçəcək insanlara ən yüksək səviyyəli həyat qurmaq üçün bütün şərait yaradılır. Eyni zamanda tarixi abidələrin, məscidlərimizin bərpası işləri də həyata keçirilir. Biz xüsusi qeyd etməliyik ki, bu sahədə həm tarixi, mədəni abidələrin bərpası istiqamətində birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu böyük və misilsiz işlər görür. Bütün bunlar hamısı kompleks şəkildə həyata keçirilir ki, köçən insanlar üçün ən yüksək səviyyəli, ləyaqətli həyat qurulsun".

Politoloq Elxan Şahinoğlu: "Torpaqlarımız işğaldan azad olunduqdan sonra əsas hədəflərimizdən biri soydaşlarımızı bölgələrə köçürməkdir. Proses xeyli müddətdir ki, başlayıb: "Bu il də Şuşa, Cəbrayıl, Kəlbəcər, Xocalıya da köç olacaq. Bu çox vacibdir. Seperatizmə son qoysaq da, əsas hədəflərimizdən biri o bölgələri məskunlaşdırmaqdır. 1-2 il ərzində 40 min soydaşımız bölgələrə köçürülməlidir. Növbəti mərhələdə Ağdam şəhərinin tikintisinin başa çatdırılması ilə Qarabağın ən böyük şəhərinə çevriləcək. Təxminən 100 min əhalisi olacaq. Yaxın 3-5 ildə bu köç prosesi Azərbaycan üçün vacib strateji əhəmiyyət daşıyacaq. Bu məsələyə Azərbaycanın tərəfdaşları, dostları da dəstək verir. Türkiyənin şirkətləri çalışır, Qazaxıstan, Özbəkistan, Qırğızıstan məktəblər, mədəniyyət mərkəzləri tikirlər ki, bu da Azərbaycan üçün çox vacibdir".

Müəllif: Söylü Ağazadə
Seçilən
58
Mənbələr
Şərh ()
Bağla