İdman
"Barselona"lı səbirsizdir: "Karyeramın ən önəmli oyunlarından biri olacaq"
"Barselona"nın futbolçusu Pedri Çempionlar Liqasında bu gün PSJ-yə qarşı keçirəcəkləri oyundan gözləntilərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, yarımmüdafiəçi oyunun vacibliyindən bəhs edib:
"Oyunu böyük səbirsizliklə gözləyirik. Çətin anlar yaşadım. Amma şadam ki, artıq yaxşıyam. PSJ ilə matç karyeramın ən önəmli oyunlarındandır. Bərabərsəviyyəli komandaların dueli olacaq".
"Barselona" - PSJ oyunu saat 23:00-da start götürəcək. İlk oyunda Kataloniya təmsilçisi qələbə qazanıb - 3:2.