AZ

Kortni Lav Taylor Svifti maraqsız sənətçi adlandırıb

...Amerikalı aktrisa və müğənni Kortni Lav həmkarı, müğənni Teylor Svift haqqında fikirlərini bildirib.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu barədə “The Standard”a müsahibəsində bildirib.

...Taylor əhəmiyyətsizdir. O, qızlar üçün təhlükəsiz bir sığınacaq və yəqin ki, müasir Madonna ola bilər, lakin o, bir sənətçi kimi maraqlı deyil.

...Love, həmkarı haqqında niyə belə fikirdə olduğunu daha ətraflı izah etmədən etiraf edib.

Nəşrin həmsöhbəti Con Denverin “Take Me Home, Country Roads” mahnısının coverini yayımlayandan sonra başqa müğənni Lana Del Reyi bəyənməyi dayandırdığını da etiraf edib. Kortni Lav sənətçinin karyerasına 7 il ara verməli olduğu fikrini bildirib.

Daha əvvəl məlum olmuşdu ki, Taylor Svift səhərinin uğuru sayəsində dollar milyarderinə çevrilib.

Nazlı

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla