İran səfiri Portuqaliya Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xarici KİV-ə istinadən xəbər verir ki, Portuqaliya XİN-i İran səfirini ölkəsinin İsrailə qarşı hücumunu şiddətli şəkildə pisləmək və Hörmüz boğazında SEPAH tərəfindən ələ keçirilən Portuqaliya bayraqlı MSC Aries konteyner gəmisinin dərhal azad edilməsini tələb etmək üçün çağırıb.