![Metanol](https://azertag.az/files/2024/1/1200x630/1713277761468750496_1200x630.jpg)
Bakı, 16 aprel, AZƏRTAC
Yanvar-mart aylarında Azərbaycandan dəyəri 22,7 milyon dollar olmaqla 117,4 min ton metanol ixrac olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Qeyd edək ki, 2023-cü ilin eyni aylarında ölkədən 99,6 min ton metanol ixrac olunub, ixracın dəyəri 21,4 milyon dollar təşkil edib.