AZ

İran və Rusiya prezidentləri arasında telefon danışığı olub

İran Prezidenti İbrahim Rəisi Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb. 

Bilirilib ki, Putin və Rəisi telefon danışığında İsrailin Dəməşqdəki İran konsulluğuna zərbəsindən və Tehranın cavab tədbirlərindən sonra Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

Putin tərəflərin təmkin göstərəcəyinə və qarşıdurmanın yeni mərhələsinə yol verməyəcəklərinə ümidvar olduğunu ifadə edib.

İbrahim Rəisi isə İranın hərəkətlərinin məcburi olduğunu və məhdud xarakter daşıdığını qeyd edib, gələcək eskalasiyada maraqlı olmadığını vurğulayıb.

Seçilən
40
Mənbələr
Şərh ()
Bağla