AZ

TuranBank 2024-cü ilin I rübünün nəticələrini elan edib

Bakı. Trend:

Azərbaycanın maliyyə sektorunda fəaliyyətini daha dagenişləndirməyə davam edən TuranBank ASC 2024-cü ilin I rübününmaliyyə göstəriciləri üzrə bazar mövqeyini qoruyub saxlayıb.

1 aprel 2024-cü il tarixinə TuranBank-ın cəmi aktivləri ötənilin sonu ilə müqayisədə 7.4% və ya 61 mln. manat artaraq 883.7mln. manat olub. Hesabat dövründə Bank qarşıya qoyulan stratejihədəfinə uyğun olaraq, mikro, kiçik və orta sahibkarlığınmaliyyələşdirilməsini daha da artırıb. Belə ki, Bankın müştərilərəverilmiş kreditləri ötən ilin analoji dövrü ilə müqayisədə 13.5% vəya 75.7 mln. manat artaraq 635 mln. manat, biznes müştərilərinəverilmiş kreditləri isə 15.7% və ya 50 mln. manat artaraq 369.6mln. manat təşkil edib. Bankın cəmi depozit portfeli ötən ilin sonuilə müqayisədə 0.7% və ya 3 mln. manat artaraq 461.9 mln. manat, ocümlədən fiziki şəxslərin depozitləri 1.9% və ya 7.6 mln. manatartaraq 402.2 mln. manat olub ki, bu da müştərilərin Banka inamınınyüksək olmasının göstəricisidir.

Bununla yanaşı ölkəmizdə sahibkarlığın, xüsusilə də kəndtəsərrüfatının inkişafına və maliyyələşməsinə daima dəstək olan,özəl sektorun inkişafına öz töhfəsini verən TuranBank IIIAqrobiznesin İnkişafı Forumunda “2023-cü ildə mikrokreditləşmədərəqabətliyin artımına ən çox töhfə verən bank” nominasiyasındamükafat qazanıb.

Hesabat dövründə TuranBank Korporativ Sosial Məsuliyyət proqramıçərçivəsində Zaqatala rayonunda yerləşən heyvan sığınacağınıziyarət edərək heyvanları qida, tibbi ləvazimatlar və digər bütünzəruri ehtiyaclarla təmin edib, həmçinin bütün satış nöqtələrininqarşısında soyuq, qarlı havadan müdafiə olunması məqsədilə sahibsizküçə pişiklər üçün evciklər quraşdırılmasını və onların daim yem,su ilə təmin olunmasını həyata keçirib. Təsadüfi deyil ki, BankAzərbaycan Banklar Assosiasiyası (ABA) tərəfindən “BankçılıqMükafatları - 2023” tədbirində “Korporativ sosial məsuliyyət” və“Özünüməşğulluq Proqramında iştirak” nominasiyaları üzrəmükafatla təltif edilib.

1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 21 satışnöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir.TuranBank-ın ölkə üzrə xidmət şəbəkəsi haqqında ətraflı məlumatıkeçidə daxilolaraq əldə edə bilərsiniz. Bankın təqdim etdiyi məhsul vəxidmətlərlə bağlı ətraflı məlumatı (012) 935 Məlumat Mərkəzinə zəngedərək, TuranBank-ın rəsmi veb səhifəsini və yasosial şəbəkələrdəki (Feysbuk, İnstaqram, və s.)səhifələrini izləyərək əldə edə bilərsiniz.

TuranBank

Bizimlə etibarlıdır…

Seçilən
81
15
Mənbələr
Şərh ()
Bağla