AZ

Xaçmazın Qaraçay Cek kəndində səyyar qəbul keçirilib

Bakı. Trend:

Xaçmaz Rayon Icra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarınınməsul şəxsləri ilə birlikdə Aşağı Zeyid İnzibati Ərazi Dairəsi üzrənümayəndəliyinə daxil olan Qaraçay Cek kəndində səyyar qəbulkeçirib. Qəbulda Qaraçay Cek kəndi ilə yanaşı Aşağı Zeyid, Qaracik,Qaracik Zeyid, Şıxhaput, Alıcqışlaq və Çılğır kəndlərinin sakinləriiştirak edib.

Sakinlər suvarma suyu ilə təchizatın yaxşılaşdırılması, məktəbbinasının təmiri, torpaq sahələrinin və fərdi yaşayış evlərininsənədləşdirilməsinə köməklik göstərilməsi ilə bağlı müracətlərsəsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Seçilən
27
Mənbələr
Şərh ()
Bağla