AZ

Yanvar-mart aylarında Türkiyənin ABŞ-yə xalça ixracının həcmi açıqlanıb

Bakı. Trend:

2024-cü ilin yanvar-mart aylarında Türkiyənin ABŞ-yə xalçaixracı 2023-cü ilin eyni ayı ilə müqayisədə 28.6 faiz artaraq, 210milyon dollara çatıb.

Trend xəbər verir ki, bubarədə TurkicWorld-ə Türkiyə Ticarət Nazirliyindənbildiriblər.

"2024-cü ilin mart ayında Türkiyə ABŞ-yə 68,6 milyon dollarməbləğində xalça ixrac edib ki, bu da ötən ilin eyni dövri iləmüqayisədə 3 faiz çoxdur", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, 2024-cü ilin yanvar-mart aylarında Türkiyənindünya bazarlarına xalça məhsulları ixracı 2023-ci ilin eyni ayı iləmüqayisədə 23,9 faiz artaraq, 746,6 milyon dollara bərabərolub.

Bu ilin mart ayında Türkiyə 247,3 milyon dollar məbləğində xalçaməhsulları ixrac edib ki, bu da keçən ilin mart ayı ilə müqayisədə5,7 faiz azdır.

Qeyd olunub ki, son 12 ay ərzində (mart 2023 - mart 2024)Türkiyə 2,9 milyard dollar məbləğində xalça məhsulları ixracedib.

Məqalədə:
Seçilən
85
15
Mənbələr
Şərh ()
Bağla