AZ

Putin və Rəisi arasında telefon danışığı olub

Bakı. Trend:

Rusiya prezidenti Vladimir Putin və iranlı həmkarı İbrahimRəisinin telefon danışığı olub.

Trend xəbərverir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Putin Rəisini və İrandakı bütün müsəlmanlarımüqəddəs Ramazan ayının bitməsi və Ramazan bayramı münasibətilətəbrik edib.

Bundan başqa, Rusiya və İran prezidentləri Yaxın Şərqdəkivəziyyəti müzakirə ediblər. Putin bütün tərəflərin təmkinlidavranacağına və yeni qarşıdurmaya yol verməyəcəyinə ümid etdiyinibildirib və əks halda bunun bütün region üçün faciəvi nəticələrəyol açacağını əlavə edib.

Rəisi də öz növbəsində İsrailə hücumunun məcburi olduğunu vəməhdud xarakter daşıdığını, müstəsna olaraq hərbi obyektlərin hədəfalındığını bildirib.

"İran prezidenti Tehranın gərginliyi artırmaqda maraqlıolmadığını bildirib", - Kremlin məlumatında qeyd olunub.

Xəbərlərimizi "WhatsApp" kanalımızdanoxuyun

Seçilən
44
Mənbələr
Şərh ()
Bağla