AZ

VTB (Azərbaycan) birinci rübü xalis mənfəətlə başa vurub

Bakı. Trend:

31 mart 2024-cü il tarixinə Bank VTB (Azərbaycan)-nın xalismənfəəti 2,202 milyon manat, aktivləri isə 243,399 milyon manattəşkil edib.

VTB-nin kredit portfeli 2023-cü ilin birinci rübü ilə müqayisədə18% artıb. Həmçinin pərakəndə kreditləşməsində də 14% artım qeydəalınıb, biznes kreditləri isə 20,5%, ipoteka kreditləşməsininartımı 21% təşkil edib.

2024-cü ilin birinci rübünün sonunda məcmu kapitalın adekvatlığıəmsalı 38,26 (norma 12), I dərəcəli kapitalın adekvatlığı isə 36,58(norma 6) təşkil etmişdir. Leverec əmsalı 32,72% (norma 5%) təşkiledib.

Bankın kapitalı 93,352 milyon manat olmaqla, illik ifadədə 2,5%artmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankının minimumtələblərini 87% üstələyib.

VTB (Azərbaycan) Bankın məhsul və xidmətləri barədə məlumatlarıfilial şəbəkəsindən, https://vtb.az rəsmi internetsəhifəsindən, 986 Məlumat mərkəzindən, həmçinin müxtəlif sosialşəbəkə səhifələrindən əldə etmək mümkündür.

Məqalədə:
Seçilən
46
2
Mənbələr
Şərh ()
Bağla