AZ

Baş direktor: "Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir"

Azərbaycanda, sözün əsl mənasında, ciddi bir iqtisadi bazar var. Bu baxımdan ölkə malların ixracına dair müxtəlif modellər irəli sürmək imkanına malikdir. Hazırda Azərbaycanda “Smart cassms” adlı mobil tətbiqi fəaliyyət göstərir.

Azərbaycan məhsullarının “Trendyol”da satışı iqtisadiyyatımıza nə verə bilər?

FED.az xəbər verir ki, bu fikirləri Türkiyənin “Asset” qlobal logistika şirkətinin baş direktoru və İdarə Heyətinin üzvü Uğur Tekin bildirib.

Onun sözlərinə görə, Avropa ölkələri və ABŞ-ın buna bənzər modellərinə baxdıqda “Smart cassms”ın çox daha sərfəli bir tətbiq olduğunu görmək mümkündür.

“Bundan əlavə, hazırda Türkiyənin tətbiq etdiyi “Turquality” proqramları var. Bu proqramlar qlobal marka olmaq üçün brend potensialı olan şirkətlərə maliyyə qaynaqları təmin etmək, qlobal türk markalarını yaratmaq üçün şirkətlərin və markaların inkişafına strateji, əməliyyat, təşkilat və texnoloji məsləhət vermək məqsədilə fəaliyyət göstərir. Ölkələrimizin modelləri əsasında çəkdiyim bu kimi üsulların Türk Dövlətləri Təşkilatı nəzdində fəaliyyəti də olduqca zəruridir. Biz bununla türk mallarının dünya bazarına ortaq çıxarılmasını daha əlverişli şəkildə əldə edə bilərik. Logistika şirkətləri olaraq bu kimi layihələri dəstəkləmək isə bizim üçün də əhəmiyyətlidir" - deyə müsahib bildirib.

Uğur Tekin dünya ölkələrinin qurduğu ittifaqların yaratdığı iqtisadi güc qarşısında Türk Dövlətləri Təşkilatının (TDT) qüvvətlənməsinin vacib olduğunu qeyd edib: “Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir. Ənənəvi ticarət yolları ilə idxal edilən mallar əldən-ələ ötürülərək ünvana çatdırılırdı. Hazırda bu məsafə olduqca qısalaraq onlayn sistem üzərindən istehsalçı və istehlakçı arasında ticarətə çevrilib ki, bu da olduqca əlverişlidir və logistika yolları üçün çox böyük fürsətlər yaradır”.

Birgə daşımanın əsas məsələ olduğunu vurğulayan baş direktor “Azərbaycan Hava Yolları” və “Türk Hava Yolları” şirkətlərinin koordinasiyalı fəaliyyətini vacib məqam kimi qeyd edib. (Azərtac)

Seçilən
47
1
Mənbələr
Şərh ()
Bağla