AZ

DİN müsadirə edilmiş 2 ton narkotiki məhv edib - FOTO/VİDEO

Daxili İşlər Nazirliyi (DİN) müsadirə edilmiş 2 ton narkotiki məhv edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun təşkilatçılığı ilə Daxili İşlər Nazirliyi tərəfindən qanunsuz dövriyyədən çıxarılan və 1692 məhkəmə hökmü ilə barəsində məhvetmə qərarı qəbul edilmiş 1 ton 925 kiloqram müxtəlif narkotik vasitə “Bakı Neft Maşınqayırma zavodu” MMC-nin ərazisində məhv edilib.

Seçilən
51
14
Mənbələr
Şərh ()
Bağla