AZ

Zamanı qiymətli görən səbirsiz insanlar nələri itirirlər? - PSİXOLOQ İZAH ETDİ

"Səbirsizliyin səbəblərinə baxsaq, ilk növbədə diqqət əksikliyi və hiperaktiv pozuntu sindromuna nəzər yetirməliyik". Bu sözləri SİA-ya açıqlamasında psixoloq Nərgiz Hüseynova deyib.

Psixoloq bildirib ki, çünki əgər bir insanda diqqət əksikliyi varsa, deməli, burada impulsivlik var, insan yerində otura bilmir və diqqətini cəmləyə bilmir: "Həm də səbirsiz olur. İkinci tərəfdən səbirsiz insanlar uşaqlıqdan qaynaqlanan hər hansı emosional hallardan da səbirsiz ola bilərlər. Çünki biz əgər hər hansı hissləri yaşayırıqsa, konfliktli ailələrdə yaşayırıqsa, uşaqlıqdan müəyyən hisslər keçiririk. Buraya günahkarlıq, aqressiya, qəzəb, kin, nifrət və sair hisslər insanın beynində yer alır. Sonra isə insan hər hansı işi gördükdə emosiyalar o qədər dolu olur ki, səbirsizliklə reaksiya verə bilir.

Əgər səbirsizəmsə, demək, hər hansı şeylərə diqqət yetirmirəm. Diqqət yetirmədikcə beynə hər hansı siqnallar, informasiyalar oturmur, həzm etmək olmur. Yəni informasiyanı tam həzm edə bilmirəm, beynimə otuzdura bilmirəm. Bununla da məğlub oluram".

Müəllif: Söylü Ağazadə
Seçilən
50
Mənbələr
Şərh ()
Bağla