AZ

Moldova Konstitusiya Məhkəməsi Aİ-yə üzvlüklə bağlı referendumun keçirilməsi təşəbbüsünü təsdiqləyib

Moldovada Konstitusiya Məhkəməsi ölkənin Avropa İttifaqına (Aİ) qoşulması ilə bağlı referendumu təsdiqləyib, nəticədə ölkə konstitusiyasına dəyişikliklər ediləcək.

Bu barədə "Ziarul National" xəbər portalı məlumat yayıb.

“Hərəkət və Həmrəylik Partiyasından (PAS) 46 deputatın irəli sürdüyü qanunvericilik təşəbbüsü Moldova Respublikası dövlətinin və dövlət orqanlarının onu Aİ-yə yaxınlaşdırmaq üçün uzunmüddətli səylərinin həyata keçirilməsinə gətirib çıxarır”,- deyə Məhkəmə sədri Domnika Manole qeyd edib.

O, Moldovanın mümkün avrointeqrasiyasının dövlətin suverenliyinə xələl gətirməyəcəyini, konstitusiyaya edilən dəyişikliklərin onun əsas müddəalarını və mahiyyətini dəyişməyəcəyini də vurğulayıb.

Seçilən
34
Mənbələr
Şərh ()
Bağla