AZ

Rəisi Putinlə Yaxın Şərqi müzakirə etdi

İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə zəng edib.

Redaktor.az-ın TASS-a istinadən məlumatına görə, Putin və Rəisi bəyan ediblər ki, Yaxın Şərqdə mövcud hadisələrin kökündə həll olunmamış Fələstin-İsrail münaqişəsi dayanır.

Putin Rəisi ilə söhbətində ümid etdiyini bildirib ki, İran və İsrail təmkin nümayiş etdirəcək və qarşıdurmanın yeni mərhələsinə imkan verməyəcək.

Putin və İran prezidenti İsrailin İranın Dəməşqdəki diplomatik missiyasına hücumundan sonra Yaxın Şərqdə vəziyyətin gərginləşməsini müzakirə ediblər.

Rəisi Putinə deyib ki, İran Yaxın Şərqdə daha da gərginləşməkdə maraqlı deyil.

Putin və Raisi Qəzzada atəşkəs və diplomatik tənzimləmə şəraitinin yaradılması lehinə Rusiya Federasiyası və İranın prinsipial yanaşmalarını qeyd ediblər.

Putin Rəisi və bütün İran müsəlmanlarını müqəddəs Ramazan ayının başa çatması və bu yaxınlarda qeyd olunan Fitr bayramı münasibətilə təbrik edib.

Putin və Raisi müxtəlif sahələrdə, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsində əməkdaşlığı daha da inkişaf etdirmək niyyətində olduqlarını bildiriblər.

Turan İSMAYIL

Seçilən
47
Mənbələr
Şərh ()
Bağla