AZ

Qastrit bu səbəbdən baş verir

Qastrit fəstfud və quru qidaya olan sevgidən yaranmır. Mədə qişasında iltihablı dəyişikliklərin səbəbləri bakteriya, alkoqoldan sui-istifadə və müəyyən xəstəliklər ola bilər.

Publika.az xəbər verir ki, bu barədə qastroenteroloq Anastasiya Levitskaya danışıb.

“Bunu müəyyən etmək üçün həkim xəstəliyin tarixini, irsiyyəti nəzərə almalı, endoskopiya (Ezofaqoqastroduodenoskopiya və ya sadəcə qastroskopiya) və ya Helicobacter pylori (HP) bakteriyasına yoluxub-yoluxmadığınızı bilmək üçün nəfəs testi aparmalıdır. Mədədə, qastritdə və xoralarda xroniki iltihaba səbəb olan məhz bu bakteriyadır. Müalicə olunmazsa, qastrit xərçəngə çevrilə bilər”, - həkim gazeta.ru-ya müsahibəsində vurğulayıb.

Onun sözlərinə görə, qastrit antikorların istehsalı zamanı otoimmün proses səbəbindən də inkişaf edə bilər. Mədəyə həddindən artıq ödün geri axını da iltihaba səbəb ola bilər.

Seçilən
39
2
Mənbələr
Şərh ()
Bağla