AZ

Bakıda İtaliya dizaynı ilə bağlı tədbir keçiriləcək

İtaliya ilə Azərbaycan arasında ümumi ticarət dövriyyəsində ərzaq məhsullarının payı bu gün 35 %-i ötür.

“Yeni Sabah” xəbər verir ki, bunu İtaliyanın Azərbaycandakı səfiri Klaudio Taffuri İtaliya Ticarət Agentliyinin 2024-cü ilin yaz-yay üçün planlaşdırdığı tədbirlərə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu göstərici İtaliyanın Azərbaycandakı səfirliyi və İtaliya Ticarət Agentliyi tərəfindən həyata keçirilən tədbirlərin səmərəliliyindən xəbər verir:

“İtalyanlar üçün qida sənayesi həm də zəngin mədəniyyətlərini nümayiş etdirmək üçün bir fürsətdir. Biz dünyanın müxtəlif ölkələrində insanları mədəniyyətimizlə tanış etmək üçün tədbirlər keçiririk. Azərbaycan və İtaliya mədəniyyətinin oxşar cəhətləri çoxdur və biz qida sənayesi sahəsində əməkdaşlığımızın getdikcə daha da güclənməsini istəyirik”.

Səfir bildirib ki, Azərbaycanla İtaliya arasında ticarət dövriyyəsi 35 faizi ötüb. Onun sözlərinə görə, qida sənayesi İtaliya üçün həm də bir mədəniyyətdir: 

"Məqsədimiz öz mədəniyyətimizi təbliğ etmək, xüsusilə də Azərbaycan kimi oxşar mədəniyyətlərə malik olduğumuz ölkələrdə göstərməkdir. Qida həm də bizim üçün sosiallaşmağa xidmət edən bir vasitədir. Biz öz mədəniyyətimizi ən yaxşı halda təbliğ və təqdim etməyə çalışırıq".

O, həmçinin İtaliya dizaynı ilə bağlı tədbirlərin, təqdimatların keçiriləcəyini deyib. Səfir bildirib ki, 22 apreldə Heydər Əliyev Mərkəzində İtaliya dizaynı ilə bağlı tədbir təşkil olunacaq.

İtaliya Ticarət Agentliyinin Bakı Ofisinin direktoru Andrea Maccanico da yaxın günlərdə təşkil olunacaq tədbirlər və təqdimatlar barədə məlumat verib.

O bildirib ki, belə fəal şəkildə keçirilən tədbirlər və təqdimatlar Azərbaycan bazarına verilən əhəmiyyətin göstəricisidir. 

Ticarət Agentliyinin Bakı Ofisinin rəhbəri deyib ki, İtaliyadan Azərbaycan bazarına daxil olan qida inqridentlərinin payı 15 faiz artıb.

İtaliya çaxır sənayesinin məhsullarının Azərbaycan bazarında yeri barədə Andrea Maccanico deyib ki, İtaliya istehsalı olan çaxırlar Azərbaycan bazarında 40 faiz paya sahibdir və beləliklə də İtaliya bu sahədə Azərbaycan bazarında liderdir.


Telegram kanalımız
Seçilən
37
Mənbələr
Şərh ()
Bağla