AZ

Joan Laporta PSJ ilə cavab matçı ərəfəsində azarkeşlərə səsləndi

“Barselona”nın prezidenti Joan Laporta ÇL-in 1/4 final mərhələsinin PSJ ilə cavab oyunu ərəfəsində “blauqrana” azarkeşlərinə müraciət edib.

Arena.az xatırladır ki, Parisdə keçirilmiş ilk oyunda “Barselona” Fransa nəhəngi üzərində 3:2 hesablı qələbə qazanıb.

“Mundo Deportivo” nəşrinin yaydığı məlumata görə, Joan Laporta matçdan öncə azarkeşlərə müraciətində bunları vurğulayıb:

“Biz gedib komandaya dəstək olmalıyıq. Bu oyunçular hər şeyə layiqdirlər. Biz onlara inanırıq. Biz onlara güvənirik və onlar tarix yazmağa doğru gedirlər. İndi biz bunu etmək yolundayıq. Onlar bunu bilirlər, xəbərdardırlar və yüksək ruhludurlar. Onlar buna layiqdirlər. Onlar hər şeyi verməli olduqlarını bilirlər, amma biz, “Barselona” azarkeşləri onlara kömək etməliyik. Parisdə gözəl oyun keçirdik və buna görə də mən istəyirəm ki, stadionumuz böyük təzyiqli ocaq olsun və məhz belə biz yarımfinala yüksələcəyik.
Bu, Xavinin qurduğu və keçən il tarixi çempionluğu qazanaraq bizi çox sevindirmiş komandadır. Qazandığı qalibiyyət sayəsində klub indi Çempionlar Liqasının 1/4 finalındadır və liqada rəqabət aparır. Üstəlik, yüz faiz can qoysalar, elə, qoycaqlar da, onlarda olan istedad isə özünü göstərsə, biz yarımfinala çıxacağıq”.

“Barseona” cavab oyunu çərçivəsində PSJ-ni bu gün, aprelin 16-da yerli “Olimpik Lyuis Kompanis” stadionunda qəbul edəcək. Qarşılaşmaya Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla