AZ

Armatur istehsalı artıb

Bu ilin yanvar-mart aylarında ölkədə 84,4 min ton armatur istehsal olunub ki, bu da ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə 54 faiz və ya 29,6 min ton çoxdur.

"Azərbaycan iqtisadiyyatı" Teleqram kanalının Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, fevral ayı ilə müqayisədə martda artım 8,4 faiz və ya 2 min ton təşkil edib. Mart ayında 25,9 min ton armatur istehsal edilib.

Cari ilin aprel ayının 1-nə hazır məhsul ehtiyatı 16,6 min ton təşkil edib.

Seçilən
32
Mənbələr
Şərh ()
Bağla