AZ

Keyta mövsümün sonuna qədər oynamayacaq

“Verder” Nabi Keytanı cəzalandırıb.

İdmanxeber.az məlumat verir ki, Bremen klubu 28 yaşlı oyunçunun bu mövsüm bir daha komandayla bir yerdə məşq etməyəcəyini və heç bir oyunda heyətdə olmayacağını açıqlayıb. Buna səbəb qvineyalı oyunçunun həftəsonu keçirilən “Bayer”lə oyunda əsas heyətdə olmadığını öyrənəndə komandayla birlikdə Leverkuzenə getməməsidir.

Keyta ötən ilin yayında azad agent kimi “Verder”ə qoşulub. O, bu mövsüm cəm 5 oyunda 107 dəqiqə meydanda olub.

Seçilən
61
Mənbələr
Şərh ()
Bağla