AZ

Azərbaycanın xaricə satdığı fındıq - 24% BAHALAŞIB

2024-cü ilin yanvar-mart ayında Azərbaycandan 32 milyon 248 min dollar dəyərində 5 min 322 ton fındıq ixrac olunub.

FED.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Fındıq ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 6 milyon 100 min dollar və ya  15,9%, miqdar ifadəsilə 2 min 501 ton və ya 32% azalıb.

2023-cü ilin ilk 3 ayında isə Azərbaycandan 38 milyon 348 min dollar dəyərində 7 min 823 ton fındıq ixrac olunmuşdu.

1 kq fındığın orta ixrac qiyməti 2024-cü ilin üç ayında 10,30 manata, ötən ilin eyni dövründə isə 8,3 manata başa gəlib.

Qiymətlər son bir il ərzində 1,97 manat və ya 23,6% bahalaşıb.

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla