AZ

Tanınmış seysmoloq: "İstanbul böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilər" - FOTO

Tanınmış seysmoloq Naci Görür Türkiyənin İstanbul şəhərində baş verə biləcək böyük maqnitudalı zəlzələdən danışıb.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, o İstanbulun qısa müddətdə zəlzələyə məruz qalacağını və sözügedən ərazinin "dayanıqlı şəhər" halına gətirilməsi üçün tezliklə işə başlamaq lazım olduğunu söyləyib:

"İstanbul böyük zəlzələ fəlakəti ilə qarşılaşa bilər. Zəlzələyə davamlı bir şəhər, böyük zəlzələ baş verərsə, o zəlzələdən minimal zərərlə sağ çıxa bilən bir şəhərdir. Türkiyədə 5-6 bal gücündə zəlzələ olsa belə, minlərlə vətəndaşımız ölür. Fevralın 6-da baş verən zəlzələlərdə 50 mindən çox vətəndaşımızı itirdik. Bu dövrdə, bu dünyada, bu texnologiyanın köməyi ilə insanlar bu qədər ölmürlər. Yaponiyada, Uzaq Şərqdə də zəlzələlər oldu. 3-5 nəfər, 50 nəfər itkin düşdü. Bizdə isə bu tam bir fəlakətdir. Tək edəcəyimiz şey zəlzələyə davamlı şəhərlər qurmaqdır. Yeraltı təkanlara davamlı şəhərlər yaratmaq üçün əvvəlcə şəhərin bütün komponentlərini yeraltı təkanlara davamlı hala gətirmək lazımdır. Zəlzələdən əvvəl onları aşkarlamaq və zərərləri azaltmaq lazımdır. Siyasətçilərimiz bu işi səhv başa düşürlər. Bir şəhəri zəlzələyə hazırlamaq dedikdə, onlar yalnız binaların üzərində dayanırlar. İnsanlar zəlzələyə davamlı şəhər dedikdə "yeni bina tikilməlidir" deyirlər".

Seysmoloq onu da vurğulayıb ki, erkən xəbərdarlıq sistemlərinin olması da vəziyyəti dəyişmir:

"Erkən xəbərdarlıq sistemləri zəlzələ proqnozu deyil. Yəni zəlzələ baş verdikdən sonra insanlara zəlzələ olduğunu bildirən sistemlərdir. İnsanlara çatmaq saniyələr çəkir. Erkən xəbərdarlıq sistemləri bütün dünyada zəlzələ zamanı bəzi strateji sistemləri avtomatik olaraq sıradan çıxarmaq üçün istifadə olunur. Bu erkən xəbərdarlıq sistemi ilə 5-10 nəfər özünü balkondan atsa nə edərsiniz? Ona görə də bu uşaq işi deyil. Biz özümüzə gəlməliyik".

Seçilən
60
2
Mənbələr
Şərh ()
Bağla