AZ

Bayden “Çexoslovakiya xalqının Kiyevə dəstəyinə” görə Praqaya təşəkkür edib

ABŞ Prezidenti Co Bayden çıxışı zamanı səhv danışıb.

Məlumata görə, Bayden Çexiya və Çexoslovakiyanı səhv salaraq Praqaya “Çexoslovakiya xalqının Ukraynaya verdiyi dəstəyə” görə təşəkkür edib.

Xoşagəlməz insident ABŞ lideri ilə Çexiyanın Baş naziri Petr Fiala arasında görüş zamanı baş verib.

“Mən sizin sadəliyinizi və Çexoslovakiya xalqının dəstəyini nə qədər yüksək qiymətləndirdiyimizi ifadə edə bilmərəm”, - deyə Bayden bildirib.

Bundan dərhal sonra prezident səhv dediyini anlayıb və sözünü düzəldərək Çexiyanın Ukrayna xalqını dəstəkləməsindən danışdığını açıqlayıb.

Mənbə: REN TV

Seçilən
37
28
Mənbələr
Şərh ()
Bağla